“Transfer qiymətlərin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsi
Mövzu: “Transfer qiymətlərinin Müəyyən Edilməsi və Vergidən Yayınma Hallarına Qarşı Tədbirlərin İşlənib Hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək” üzrə Tvinninq Layihəsi AZ/13/ENPI/FI/01/17 (AZ/50)
Benefisiar Tərəf: Azərbaycan Respublikası Vergilər Nazirliyi
Üzv Ölkə: Dövlət Gəlirləri üzrə Müstəqil Orqan (Independent Authority for Public Revenue IAPR); Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzi (Centre of International and European Economic Law (CIEEL)
Layihənin müddəti: 28 ay
Layihənin büdcəsi: € 1,200,000
Layihənin Ümumi Məqsədi:
- Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Transfer Qiymətləndirməsinə dair səmərəli qanunvericiliyin və transfer qiymətləndirməsi üzrə auditin tətbiqi və icra edilməsi Layihənin xüsusi məqsədi:
- Transfer Qiymətləndirməsinə dair qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması və audit prosesləri üçün effektiv resursların yaradılması məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək verilməsi
- Layihənin Komponentləri:
- Transfer qiymətləndirməsi qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğun hazırlanması
- Transfer qiymətləndirməsi sahəsində “Vergi Öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi” sisteminin hazırlanması
- Avropa İttifaqı standartlarına uyğun olaraq transfer qiymətləndirməsinin tənzimlənməsi sahəsində inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması
Layihədən gözlənilən nəticələr
- Transfer qiymətləndirilməsi üzrə Aİ-nin qabaqcıl standartlarına uyğun hüquqi çərçivənin işlənib hazırlanması;
- Transfer qiymətləndirilməsi sahəsində “Vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi” sisteminin daxil edilməsi və tətbiqi;
- Transfer qiymətləndirilməsi sahəsində mübahisələrin qarşısının alınması və aradan qaldırılması üzrə yeni inzibati yanaşma;
- Azərbaycan üzrə mal və xidmətlərin qiymətinin əvvəlcədən müəyyən edilməsi (Advance Pricing Agreements) və horizontal monitorinq üzrə müvafiq prosedurların işlənib hazırlanmasına dair tövsiyələr;
- Aİ-nin qabaqcıl təcrübə və standartları əsasında “Vergi tərəfdaşlığı sazişlərinin” (vergi ödəyicisinin daxili vergi öhdəliklərinə könüllü əməl etməsinə nəzarət sistemi) təkmilləşdirilməsinə dair tövsiyələr;
- Transfer qiymətləndirilməsinin tənzimlənməsi sahəsində Aİ standartlarına uyğun inzibati-nəzarət mexanizmlərinin yaradılması və Vergilər Nazirliyinin bu sahədə institusional potensialının artırılması;
- Transfer qiymətləndirilməsi üzrə struktrunun təşkili;
- Transfer qiymətləndirilməsinə nəzarət üzrə zəruri məlumat bazasının əsasını təşkil edəcək informasiya mənbələri;
- Transfer qiymətləndirilməsi metodologiyası və onun tətbiqi formaları üzrə Vergilər Nazirliyinin əməkdaşları üçün təlim sessiyaları;
- Transfer qiymətləndirilməsi sahəsində risklərin idarə edilməsi qaydaları və prosedurları da daxil olmaqla, risklərin müvafiq idarəetmə sisteminin uyğunlaşdırılması.