Xüsusi sektorlar üçün transfer qiymətlərinin audit prosesinə dair seminar

Fevral ayında baş tutan ikinci fəaliyyət xüsusi sektorlar üzrə TQ audit prosesinin keçirilməsi və Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə real vəziyyətə əsaslanan nümunələrin təhlilini əhatə edən seminar olmuşdur. Tədbir TQ üzrə əsas məqamları xatırlatmaq məqsədilə bir günlük təlimlə başlayaraq, Vergilər Nazirliyinin əməkdaşları ilə bir müddət öncə birgə hazırlanmış Transfer Qiymətlərinin Auditinə dair 

Metodiki Təlimatın bəzi fəsillərini qabaqcıl təcrübələri nəzərə almaqla daha da zənginləşdirmək istiqamətində görülən işlərlə davam etdirilmişdir. Keçirilən seminar nəticəsində Benefisiar Ölkənin vergi əməkdaşları TQ nəzəriyyəsi, PLI (gəlir səviyyəsi indikatoru), risk göstəriciləri və s. haqqında öz biliklərini yeniləmişlər

Europe Greece Azerbaijan