2019-cu il fevral ayının birinci yarısında, Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının ekspertləri Dr. Aikaterini Perrou, Fanara Foteini və Evangelia Sotiropoulou layihə fəaliyyətləri çərçivəsində Benefisiar Ölkənin vergi əməkdaşları ilə BEPS-in 2, 3, 4 və 5-ci Fəaliyyətləri üzrə yerli qanunvericilikdə müvafiq düzəlişlər etmək üçün lazımi müddəaları və BEPS-in 5-ci Fəaliyyətinə əsasən güzəştli vergi tutlan ölkələrə dair özünüqiymətləndirmə prosedurları üzrə təlimatı birgə hazırlamaq üçün seminarda iştirak etmişlər. 5 gün davam edən tədbirdə ekspertlər Benefisiar Ölkənin vergi qanunu ilə bağlı potensial müddəaları və özünüqiymətləndirmə təlimatını müzakirə etmişlər. Seminarın məntiqi sonluğu olaraq, ekspertlər Vergilər Nazirliyinin əməkdaşlrı ilə birgə BEPS-in yuxarıda adıçəkilən Fəaliyyətlərinə dair əsas qanunvericilik üçün tövsiyə paketi və özünüqiymətləndirmə təlimatı hazırlamışlar.