Layihə çərçivəsində 2019-cu ildə təşkil edilən ilk fəaliyyət yanvar ayına təsadüf edən Benefisiar ölkədə Qiymətlərin Əvvəlcədən Razılaşdırılması (APA) sisteminin müəyyənləşdirilməsi və hazırlanması olmuşdur. Yunanıstan Respublikasından olan layihə ekspertləri Dr Aikaterini Perrou, Sofrona Lydia-Elisavet və Livitsanou Charikleia Vergilər Nazirliyində olmuş və vergi əməkdaşları ilə birgə transfer qiymətlərinə dair müvafiq APA sistemi üzrə əsas və yardımçı qanunvericiliyin tərtib edilməsi istiqamətində müzakirələr aparmışlar. Mütəxəssislər əvvəlcə APA barədə beynəlxalq praktika haqqında qısa təqdimatla çıxış etmiş və bir həftəlik səfər müddətində isə Nazirliyin əməkdaşları ilə birlikdə Azərbaycan Respublikasında TQ sahəsində APA sistemi haqqında tövsiyə paketi hazırlamışlar.