Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının ekspertləri Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları ilə bilrikdə layihə davam edən müddətdə qanunvericilikdə lazımi dəyişikliklərin müəyyənləşdirilməsi və sistemləşdirilməsinin vacibliyini vurğulamışlar.
Mart və Aprel ayları ərzində Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının ekspertləri Azərbaycan Respublikası Vergilər Nazirliyindən olan həmkarları ilə birlikdə İƏİT-in Transfer Qiymətləndirməsi ilə bağlı göstərişlərinə, Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi dair əməliyyatlara, müvafiq Aİ-təlimatlarına və beynəlxalq təcrübəyə əsaslanan Transfer Qiymətləndirməsinə dair Metodiki Təlimatı işləyib hazırlayıblar. Transfer Qiymətləndirməsinə dair Metodiki Təlimat, Transfer Qiymətlərinin auditi sahəsində faydalı bir vasitə rolu oynayacaqdır.