Cari ilin sentyabr ayında, Tvinninq layihəsi çərçivəsində, Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının (IAPR) ekspertləri Aİ Üzv Ölkəsini təmsil edən layihə rəhbəri Aikaterini Perrounun başçılığı altında Azərbaycan Respublikası Vergilər Nazirliyinə səfər etmişlər. Ekspertlər Benefisiar Ölkəni təmsil edən həmkarları ilə birgə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” Qaydalarına düzəlişlər və əlavələr üzərində işləyərək, həmin Qaydaların yenilənmiş variantına dair tövsiyə hesabatı hazırlamışdır. Bununla yanaşı, TQ auditinə cəlb olunacaq ödəyicilərin seçimini aparmaq üçün, risk-təhlil sisteminə əsaslanan model ilə bağlı da bəzi təkliflər irəli sürülmüşdür.