TQ üzrə auditin keçirilməsi bacarıqların inkişaf etdirilməsi – Üst səviyyə 2

Layihə çərçivəsində noyabr ayında baş tutan 5 gün davam edən seminarda Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının eksperti Alexandros Roukalis, layihənin Azərbaycan tərəfdən olan RTM həmkarı, Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin baş dövlət vergi müfəttişi Ceyhun İsmayılov ilə birgə fəaliyyət göstərmişdir. Bu müddətdə praktiki auditə əsaslanan TQP auditi üzrə aparılan prosesinin bütün mərhələlərini müəyyənləşdirmək, qeydlər götürmək və daha ətraflı təhlil etmək barədə fikir mübadiləsi aparılmışdır. Seminarda əsas diqqət yönəldilən vacib məsələlər arasında məlumatların toplanması, xərclərin təhlili, maya dəyərinin yoxlanılması, biznesin məntiqinin yoxlanılması və audit sənədi layihəsinin tərtib edilməsi olmuşdur.

  

Europe Greece Azerbaijan