Transfer qiymətləri və beynəlxalq vergitutma mövzusunda ən üst səviyyəli təlimlər Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının eksperti Dr. Aikaterini Perrou və CIEEL-in qısamüddətli missiyasının eksperti Christos Kourouniotis tərəfindən keçirilmişdir. Beş günlük təlimə Vergilər Nazirliyinin 9 vergi əməkdaşı cəlb edilmiş və onlara real praktik məhkəmə işləri əsasında Transfer qiymətləri və beynəlxalq vergitutma konsepsiyasına uyğun misallar təqdim edilmişdir.
Təlim zamanı, iştirakçılar beynəlxalq vergitutma prinsipləri, o cümlədən ikiqat vergitutmanın tarixi və ümumi qaydaları, belə vergitutmaya səbəb olan hallar və düzgün aparılmaması və s. barədə bir çox məlumatlar əldə etmişlər.