Tvinninq Layihəsi çərçivəsində iyun ayında həyata keçirilən digər bir fəaliyyət, müvafiq olaraq Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanı və Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzini təmsil edən Dr. Aikaterini Perrou və Kristos Kourouniotis tərəfindən keçirilən təlim olmuşdur. Bu beş günlük təlim zamanı Vergilər Nazirliyinin ümumilikdə on bir vergi əməkdaşlarına transfer qiymətləri ilə bağlı ən üst səviyyəli bilik və bacarıqlar tədris edilmişdir.
Transfer qiymətləri ilə yanaşı, vergi əməkdaşlarına real həyatdan götürülmüş məhkəmə işləri vasitəsilə misallar təqdim edilmişdir. Təlim iştirakçıları mütəxəssislərdən ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər, daimi nümayəndəliklər, hibrid uyğunsuzluqlar, BEPS, transfer qiymətləri və s. daxil olmaqla beynəlxalq vergi ilə əlaqəli bir çox suallara cavab tapmaq imkanı əldə etmişlər.