Aprel ayında baş tutan ikinci fəaliyyət, spesifik sahələrdə TQ auditinin aparılması ilə bağlı olmuşdur. Üzv Ölkə ekspertləri tərəfindən müəyyənləşdirilən real audit ssenariləri, Benefisiar Ölkə tərəfindən təsdiqləndikdən sonra, iştirakçılar tərəfindən təhlil edilmişdir. Bu fəaliyyətin əsas məqsədi, vergi əməkdaşlarına nəzəriyyəni bir daha xatırlatmaq idi. Bu məqsədlə, Benefisiar Ölkəni təmsil edən Rezident Tvinninq Müşaviri, eyni zamanda Layihənin 2-ci Komponentinin rəhbəri Ceyhun İsmayılov TQ auditi və onun aparılma vaxtının uzadılma ehtimalı, xərclərin bölüşdürülməsi üzrə tənzimləmələr, kvartillərarası intervallar və s. məsələlər barədə təqdimat ilə çıxış etmişdir. Həmçinin, vergi əməkdaşları 4 günlük seminar zamanı komandalar şəklində bölünərək, real audit ssenarilərinə əsaslanan topdan və pərakəndə satış, xidmət, texniki avadanlıqların istehsalı və s. müxtəlif sektorlar üzrə təhlillər apararaq, TQ audit təcrübələrini daha da təkmilləşdirmişlər. Sonda, hər bir komandaya növbəti təlimdə təqdim edəcəkləri TQ audit işi hazırlamaq tapşırılmışdır.