Vergilər Nazirliyinin inzibati binasında Tvinninq Layihəsinin Rəhbər Komitəsinin 7-ci iclası Aİ Azərbaycan Nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin təmsilçiləri, Üzv Ölkə və Benefisiar Ölkənin layihə rəhbərləri, rezident tvinninq müşavirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə keçirilmişdir. İclasın gündəliyində duran məsələlər cari fəaliyyətlər və gələcək planlar, Tvinninq layihəsinin başa çatması və 7 saylı Aralıq Rüblük Hesabatın müzakirəsi olmuşdur.