"Transfer Qiymətlərinin Müəyyən edilməsi və Vergidən Yayınma Hallarına Qarşı Tədbirlərin İşlənib Hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək" Tvinninq Layihəsinin Rəhbər Komitəsinin 6-cı iclası Vergilər Nazirliyində Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin təmsilçisi, Üzv və Benefisiar Ölkələrin Layihə rəhbərləri və Daimi Tvinning Müşavirlərinin iştirakı ilə keçirildi. Komitə üzvlərinin gündəliyinə daxil edilmiş məsələlər aşağıdakılar olmuşdur:
a) qarşıdakı dövr üçün planlaşdırılan fəaliyyətlər barədə müzakirə;
b) 3 saylı Fəaliyyət Planı layihəsinin təqdimatı;
c) 5 saylı Aralıq Rüblük Hesabatın müzakirəsi.
Bundan əlavə, Komitə üzvləri, layihənin uzadılması ehtimalı, özəl sektorla bağlı və s. bu kimi digər aidiyyəti məsələləri də müzakirə etdilər. İştirakçılar tərəfindən əvvəlki iki fəaliyyət planının heç bir gecikmə olmadan tam şəkildə yerinə yetirildiyi də qeyd edildi.