Rəhbər Komitənin 5-ci iclası
Vergilər Nazirliyinin inzibati binasında, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi, Üzv Ölkə və Benefisiar Ölkənin layihə rəhbərləri və rezident tvinninq müşavirləri, eləcə də digər aidiyyəti şəxslərin iştirakı ilə "Transfer Qiymətlərinin müəyyən edilməsi və Vergidən yayınma hallarına qarşı Tədbirləri İşlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək" Tvinninq Layihəsinin Rəhbər Komitəsinin iclası keçirilmişdir. Komitə üzvləri aşağıdakı məsələləri nəzərdən keçirmişlər:
a) layihə çərçivəsində qarşıdakı dövrdə görüləcək işlər barədə müzakirələr;
b) 5 saylı rüblük aralıq hesabatın təsdiqlənməsi.
Bundan başqa, Komitə üzvləri missiyaların planlaşdırılması, nəticələr, büdcənin ən səmərəli şəkildə istifadəsi kimi layihə ilə bağlı digər məsələlər ətrafında da fikir mübadiləsi aparmış və əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişlər.