2018-ci ilin oktyabrında keçirilmiş seminarın məqsədi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları ilə birgə, Ölkələrarası Hesabatlılıq (CbCR) üzrə milli qanunvericiliyi təkmilləşdirmək üçün edilən təkliflər üzərində işləmək idi. Beş günlük seminar zamanı, beynəlxalq ekspertlər Nazirliyin əməkdaşları ilə birgə CbCR-a dair yol xəritəsinin hazırlanması və onun həyata keçirilməsini müzakirə aparmış və BEPS-in 13-cü Fəaliyyəti üzrə 2015-ci il Yekun Hesabata dair model qanununa uyğun əsas və yardımçı qanunvericiliyi hazırlamışlar. Birgə qrup sistemin məxfiliyi, məlumatların qorunması kimi digər müvafiq məsələlər ətrafında fikir mübadiləsi apararaq, Vergilər Nazirliyinin internet səhifəsində CbCR-a dair FAQ (Tez-tez Soruşulan Suallar) bölməsinə daxil olan suallarla bağlı təklif hazırlamışdır.