Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanını təmsil edən ekspert Alexandros Roukalis və İtaliyanın Gəlirlər Agentliyinin transfer qiymətqoyma üzrə keçmiş eksperti Marko Orlandi dekabr ayında xüsusi sahələr üzrə transfer qiymətqoymasına dair audit prosesi və real audit məsələlərinə dair ssenarilər üzərində işləmək və təhlil etmək üçün Vergilər Nazirliyində səfərdə olmuşlar. Bu seminarın məqsədi neft, kimya və içki sektorlarında xüsusi TQ hallarının yoxlanılması üçün tələb olunan təcrübəni Vergilər Nazirliyinin əməkdaşları ilə bölüşmək idi. İlk olaraq, ekspertlər müvafiq TQ audit anlayışı ilə əlaqədar bir sıra ümumi təlimatlar vermişlər. Daha sonra isə onlar TQ auditini başlamaq və başa çatdırmaq üçün atılması tələb olunan 11 addım barədə məlumat vermişlər.