"Transfer Qiymətqoyması üzrə Düzəlişlərin Effektivləşdirilməsi: Vergi orqanları tam vergi auditindən sonra, korrektəedici vergi hesablaması edilmiş maliyyə illərini yenidən açmaq məcburiyyətindədirmi" adlanan məqalədən bir hissə; 2017-ci il mart / aprel, İnternational Transfer Pricing Journal, müəllif Amsterdamda yerləşən Maliyyə Sənədləşməsi üzrə Beynəlxalq Büronun (IBFD) elmi işçisi, Afina Hüquq Universitetinin köməkçi müəllimi Dr. Aikaterini Perrou
Avropa İttifaqının Arbitraj Konvensiyasında (Qarşılıqlı surətdə asılı olan müəssisələr arasında mənfəətin köçürülməsinin tənzimlənməsi ilə bağlı ikiqat vergitutmanın aradan qaldırılmasına dair 90/436/EEC saylı Konvensiya) transfer qiymətqoyması halları üzrə ikiqat vergitutmanın aradan qaldırılmasına dair öhdəliklər barədə məlumat verilir. Konvensiya, Aİ Üzv Dövlətlərində yerləşən qarşılıqlı surətdə asılı olan müəssisələr və daimi nümayəndəliklərə bərabər qaydada tətbiq edildiyi üçün, Konvensiyada prinsipcə ikiqat vergitutma ilə bağlı beynəlxalq hüquq və iqtisadiyyata dair məqamlar əks olunub. Konvensiyada ikiqat vergitutmanın necə və nə vaxt aradan qaldırılmış hesab olunması barədə xüsusi müddəalar yer alır. 14-cü maddəyə əsasən, Konvensiya məqsədləri ilə, mənfəətdən ikiqat vergitutma aşağıdakı hallarda aradan qaldırılmış hesab olunacaq: (i) mənfəət yalnız bir dövlətdə vergi tutulan mənfəətin hesablanmasına daxil olduqda və ya (ii) bir dövlətdə bu mənfəət üzrə tətbiq olunan vergi həmin mənfəət üzrə digər dövlətdə vergiyə cəlb edilən məbləğə bərabər azaldıldıqda.
Bu, bir dövlətdə transfer qiymətlərinə düzəliş edildiyi zaman, digər dövlətdə də müvafiq düzəlişin edilməli olduğu anlamına gəlir, yəni (i) mənfəət yalnız bir dövlətdə vergi tutulan mənfəət hesablamasına salınır və ya (ii) mənfəət iki dəfə nəzərə alınmışsa, güzəşt verilir. Yunanıstanda problem müvafiq maliyyə illəri yekunlaşan zaman (tam vergi auditi və korrektiv vergi qiymətləndirməsi aparılıb) ortaya çıxır. Belə olan zaman, bir çox ölkələrdə transfer qiymətləri üzrə düzəliş aparmaq üçün vergi illərinin yenidən açılması mümkün olmur. Bununla belə, gəlirlər üzrə düzəlişlər edildiyi hallarda ikiqat vergitutmanın aradan qaldırılması Konvensiyada açıq şəkildə nəzərdə tutulduğu üçün, bu, Konvensiyanın müddəaları ilə ziddiyyət təşkil edəcəkdir.
Dövlətin Konvensiya üzrə öz öhdəliklərini yerinə yetirə bilməməsi, yalnız yerli məhkəmələrə müraciət edilməklə aradan qaldırıla bilər.