Kella Inc. şirkəti Korfe Respublikasının rezidentidir. Daks Ltd isə Kella Inc. şirkətinə məxsus törəmə müəssisədir və Dunkandiya Respublikasının rezidentidir. Kella Inc. şirkətinin fəaliyyəti bahalı tibbi diaqnostika avadanlıqlarının istehsalı və distribütor fəaliyyətlərinin həyata keçirilməsindən ibarətdir. Bu fəaliyyət Dunkandiada aşağıdakı formada aparılır: Kella Inc. şirkəti Dunkandiyada anbara malikdir. Kella Inc, şirkəti avadanlıqlar üçün komponentlər satın alır və onları öz anbarında saxlayır. O, komponentləri avadanlıq istehsal etmək və bütün məhsulunu Kella Inc. şirkətinə satmaq üçün Kella Inc. şirkəti tərəfindən lisenziyalaşdırılan Daks Ltd şirkətinə satır. Tamamlanmış avadanlıqlar müştərilərinə satılmaq üçün Kella Inc. şirkətinin anbarında saxlanılır. Kella Inc. şirkəti avadanlıqları Dunkandiyadakı müştərilərinə Korfe ərazisində yerləşən serverə qoşulmuş internet saytı vasitəsilə satır.
Veb sayt vasitəsilə ödənişlər toplanır və Kella Inc. şirkətinin adından avadanlıqların anbardan müştərilərə çatdırılmasını təmin edən Daks Ltd şirkətinə ismarıc göndərməklə avadanlıqların çatdırılmasını təmin edir. Daks Ltd şirkəti tərəfindən işə cəlb edilən marketinq təmsilçiləri Dunkandiyadakı potensial müştəriləri ziyarət edir və avadanlıqları nümayiş etdirir, lakin sifariş qəbul etmək əvəzinə potensial müştərini veb sayta yönəldir. Təmsilçi barədə təfərrüatları veb sayta daxil edən müştərilər endirim hüququ qazanır və sözügedən təmsilçi hər bir belə satış üçün təşviq ödəməsi alır. Daks Ltd üçün risklərin aşağı olmasını nəzərə alsaq, Kella Inc. şirkətinə göstərilən istehsal və xidmətlərin dəyərinə kiçik bir məbləğdə, lakin qol uzunluğu prinsipinə uyğun, qiymət əlavəsi tətbiq edir. Korfe və Dunkandiya arasındakı vergi müqaviləsi İƏİT-in Model Vergi Konvensiyası ilə eynidır.
Dunkandiyadaki vergi administrasiyasına Kella Inc. şirkətinin Dunkandiyada daimi nümayəndəliyinin olub-olmadığı barədə məsləhət verməyiniz tələb olunur.