2019-cu ilin mart ayında Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının ekspertləri Aleksandros Roukalis və Vasilis İatridis və İtaliya Gəlir Agentliyinin keçmiş TQ eksperti Marco Orlandi tərəfindən 5 günlük seminar keçirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin hədəf qrupuna Avropa İttifaqının üzv dövlətlərində və dünyanın digər aparıcı iqtisadiyyatlarında qəbul edilmiş üfüqi monitorinq prosedurları və oxşar modellər haqqında məlumat verildi. Dərslər vergi ödəyiciləri ilə vergi administrasiyası arasında təməl münasibətlər konsepsiyasının təhlili ilə başlayıb, təkmil münasibətlər və modellərin müəyyən edilməsi ilə davam etdi. Həm vergi ödəyiciləri, həm də vergi orqanlarının istəkləri, eləcə də tərəflər arasındakı toqquşan maraqlarla bağlı məsələlər təhlil edildi və İrlandiya, Hollandiya, İtaliya, Avstraliya , Britaniya, ABŞ və Sloveniya modelləri kimi Avropa və dünyanın öndə gedən iqtisadiyyatlarında tətbiq edilən müxtəlif üfüqi monitorinq prosedurları və oxşar modellər təqdim edildi. Ekspertlər həmçinin iştirakçılara i) Korporativ Risklərin Qiymətləndirilməsi Təşəbbüsü ii) Beynəlxalq Tələblərə Əməletmə Proqramı və iii) Birgə Audit kimi üç əsas təşəbbüsdən ibarət olan İƏİT-in Beynəlxalq İri Biznes Proqramı ilə bağlı son yeniliklər barədə məlumat verdi.