Adıçəkilən səfər nəticəsində Nazirliyin əməkdaşları transfer qiymətləri ilə bağlı aşağıdakı bilik və bacarıqlara yiyələnmişdir:
• Transfer qiymətləndirməsi üzrə yoxlamaların mərkəzləşdirilmiş qrup tərəfindən həyata keçirilməsi təcrübəsi;
• TQ-nin aparılması məqsədilə müqayisə oluna bilən məlumatları əldə etmək üçün istifadə olunan məlumat bazaları;
• TQ məqsədləri üçün Avstriya vergi auditorlarının istinad etdiyi qanunvericilik;
• Ölkələrarası hesabatlılıq (CbCR) ilə bağlı tələblər;
• Risklərin təhlili, vergitutma məqsədləri üçün qiymətlərin əvvəlcədən razılaşdırılması (APA), qarşılıqlı razılaşma proseduru (MAP), qol uzunluğu prinsipi və üfüqi monitorinq.