Noyabrda, Vergilər Nazirliyinin yeddi əməkdaşı, Almaniyanın Federal Maliyyə Nazirliyində tədris səfərində olmuşlar. Berlin şəhərinə edilən səfər zamanı TQ risk təhlilinin praktiki tərəfi, TQ üzrə mütərəqqi məlumat mübadiləsi, TQ-nin hüquqi bazası və başqa mövzular ətrafında müzakirələr aparılmışdır. Bonn Federal Mərkəzi Vergi İdarəsinin təcrübəli auditorları TQ auditi və onun hüquqi əsasları, İƏİT-in TQ Təlimatlarının tətbiqi və s. daxil olmaqla, yuxarıda qeyd olunan mövzular üzrə təlim keçmiş və TQ-yə dair real praktik izahatlar vermişlər.
Berlin şəhərinə edilən 4 günlük səfər zamanı, Vergilər Nazirliyinin əməkdaşları yuxarıda sadalanan mövzular üzrə praktik məlumatlar əldə etmiş, TQ risklərinin təhlili, Almaniyada TQ qrupunun effektiv iş mexanizmləri, koordinasiya edilən beynəlxalq vergi yoxlamaları və onun məqsədləri üzrə Təlimat, eləcə də auditorların yoxlama zamanı səlahiyyətləri və s. barədə biliklərini daha da zənginləşdirmişlər.