Xanım Theodora Messini: Layihənin həyata keçirilməsi istiqamətində prioritet olaraq aşağıdakları müəyyən etmişik:
2018-ci ildə 5 seminar keçirilmiş və Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqan (IAPR) və onların Azərbaycan Respublikası Vergilər Nazirliyindən olan həmkarları aşağıdakıları hazırlamışdır:
(i) OECD-nin TQ Təlimatları, BEPS Fəaliyyətləri, müvafiq Aİ Təlimatı və qabaqcıl beynəlxalq təcrübələr əsasında "Transfer Qiymətləndirilməsinə dair Metodiki Təlimat" və "Transfer Qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları". İcra edilmək üçün hazır vəziyyətə gətirilən bu təlimat və qaydalar seminarlar vasitəsilə əldə olunmuş bilikləri əhatə edir və vergilər naziri tərəfindən təsdiq edilmişdir;
(ii) Azərbaycan Respublikasında Ölkələrarası Hesabatlılığın (CbCR) icrasına dair paket sənəd, o cümlədən yol xəritəsi, əsas və yardımçı qanunvericilik, məxfilik və məlumatların qorunması və vergi ödəyiciləri üçün tez-tez verilən suallar;
(iii) Azərbaycan Respublikası Vergilər Nazirliyinin mövcud ehtiyaclarına uyğun olaraq müəyyən sahələr və əməliyyatlar üzrə TQ audit prosesi.
Ceyhun İsmayılov: Azərbaycan Respublikası Vergilər Nazirliyinin məqsədi bu layihəyə milli, regional və mərkəzi vergi idarələrindən olan vergi əməkdaşlarını cəlb etmək idi. İştirakçıları əldə etdiyi bilik və bacarıqlar testlər vasitəsilə yoxlanmış və 41 iştirakçı arasından 16 nəfəri hədəf qrupa dəvət edilmişdir. Bu hədəf qrupu, Tvinninq proqramı zamanı qazandıqları bilikləri nəzəri və praktiki audit prosedurları zamanı tətbiq edəcəkdir.
Təhsil yanaşması praktiki nümunələr və araşdırmalar vasitəsilə nəzəriyyəni əhatə edən razılaşdırılmış təlim proqramına uyğun olaraq həyata keçirilmiş və təlim zamanı real audit hallarına əsaslanan məlumatlar təhlil edilmişdir.
Layihənin birinci ilində (2018), vergi orqanı əməkdaşları üçün TQ ilə bağlı ən əhəmiyyətli konsepsiyalar ilə tanış olmaq imkanı verən beş seminar təşkil edilmişdir.
Bundan başqa, hədəf qrup Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanı, Avstriya Federal Maliyyə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi daxil olmaqla Aİ üzv dövlətlərinin vergi orqanlarına üç dəfə tədris səfərində olmuşdur. Bu səfərlərin məqsədi TQ ilə bağlı məsələlər, APA mexanizmi və Ölkələrarası Hesabatlılıq, TQ risklərinin təhlili və audit prosesinə praktik yanaşma baxımından bu ölkələrin təcrübəsi ilə tanış olmaq idi.
Həm xanım Theodora Messini, həm də Ceyhun İsmayılov Tvinninq İdarəetmə Qrupuna dəstək verən RTM köməkçisi Babayeva Gültəkinə və Tərcüməçi Emil Kərimova layihəmizin müvəffəqiyyəti üçün əllərindən gələni etdikləri üçün öz təşəkkürlərini bildirir.