Benefisiar Ölkənin Layihə Rəhbəri ilə Müsahibə

Benefisiar ölkənin layihə rəhbəri Orxan Musayev layihənin açılış tədbiri haqqında fikirlərini bölüşmüş və tədbirin təşkil olunması baxımdan görülmüş işləri Tvinninq layihəsinin tərəfdaşları arasındakı sıx əməkdaşlığın nəticəsi hesab etmişdir. Cənab Musayevin fikrincə komponentlərin hər biri benefisiar ölkənin layihədən gözlədiyi nəticələrə tamamilə uyğundur. Layihə rəhbəri eyni zamanda layihədən əldə olunan nəticələrin daha səmərəli olması məqsədilə məlumatların  interaktiv mübadiləsində, nou-hauların və ən yaxşı təcrübələrin bölüşdürülməsində xarici eskpertlərlə sıx əməkdaşlıq aparılacağına söz vermişdir. Son olaraq, onun sözlərinə görə layihəyə cəlb olunmuş tərəflər, layihənin davam etdiyi müddətdə bütün naliyyətlərinin davamlılığını təmin etməyə davam edəcəkdir.

Europe Greece Azerbaijan