Yunanıstan Respublikası Dövlət Gəlirləri üzrə Müstəqil Orqanına işçi səfər

Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının Rəhbəri vergi əməkdaşlarını qarşılamış və səfərinin birinci fəaliyyətin nəticəsi olan Transfer Qiymətləndirməsi təlimatlarına paraktiki cəhətdən yanaşma baxımından əhəmiyyətini vurğulamış və aşağıdakı məsələlərlə VN əməkdaşlarının daha da yaxından olmasına şərait yaradacaqdır:

  • Yunanıstanın Transfer Qiymətləndirməsi ilə bağlı təlimatları ilə tanış olmaq
  • Risk təhlili yanaşmalarına dair fikir mübadiləsinin aparılması
  • Transfer Qiymətləndirməsi zamanl vergi orqanlarının rastlaşdığı ən vacib problemlərin müəyyən olunması.

İşçi səfəri zamanı DGMO-nun əməkdaşları qarşılıqlı əlaqəli müəssisələr, Qol uzunluğu prinsipi, transfer qiymətləndirməsi sənədləşdirilməsi tələbləri, TQ məqsədləri üçün nümünə hallarının və risk göstəricilərinin seçilməsi və eyni zamanda müvafiq kompyuter proqramları vasitəsilə risk qiymətləndirmə proseduraları barədə təqdimalarla çıxış etmişlər. Onlar həmçinin Öhdəliklərin Əvvəlcədən Müəyyən edilməsi (APA)və Yunanıstanda tətbiq olunması barədə məlumat vermişlər.
İştirakçılar öz novbələrində:

  • Vergitutma məqsədləri üçün qiymətlərin əvvəlcədən razılaşdırılması (APA) ilə əlaqədar vergi ödəyiciləri ilə vergi əməkdaşları arasında keçirilmiş görüşləri müşahidə etmiş
  • İri Müəssisələr üzrə Audit Mərkəzini, Xüsusi Transfer Qiymətləndirilməsi bölməsini ziyarət etmiş və real TQ audit faylları ilə tanış olmuş və TQ audit prosesində iki vergi administrasiyası arasındakı fərqləri  müzakirə etmişlər
  • İxtisaslaşmış TQ idarəsini ziyarət etmiş və faktiki Transfer Qiymətləndirilməsi yoxlamalarını nəzərdən keçirmişlər
  • Məlumat bazası sistemlərindən istifadə edərək müqayisəli təhlilin aparılması
  • Qarşılıqlı Razılaşma Proseduraları hallarını tədqiq etmək və yoxlama aparan auditora suallar ünvanlayaraq mövcud halla əlaqədar məlumatları təhlil etmək imkanı əldə etmişlər
  • Beynəlxalq Məlumat Mübadiləsi (CRS) və Ölkələrarası hesabatlılıq (CbCR) ilə bağlı məlumatların avtomatik mübadiləsinin praktiki tərəflərini təhlil etmək imkanına nail olmuşlar.

İşçi səfərinin sonunda, Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının Rəhbəri Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları ilə birgə yekun görüş keçirmiş və gələcəkdə növbəti səfərin təşkil olunmasının vacibliyini vurğuladı.

Europe Greece Azerbaijan