Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində auditorlar üçün TQ audit mexanizmini həyata keçirmək üçün potensialın artırılması və spesifik sahələr üzrə təlim - Başlanğıc və Orta səviyyə

May və iyun aylarında Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının ekspertləri Markos Ksidas, Aleksandros Roukalis, İoannis Manousakis və İtaliya Gəlirlər İdarəsinin keçmiş TQ eksperti Marko Orlandi tərəfindən Milli Gəlirlər Departamnetinin auditorları üçün beş günlük iki təlim keçirilmişdir.  

İştirakçılar spesifik sektorlar üzrə TQ yoxlama prosesi ilə bağlı real praktik misalları müzakirə ə təhlil etmək imkanından yararlanmışdır. Tədbirlərin məqsədi Benefisiar Ölkənin vergi əməkdaşlarına nəzarət konsepsiyası, qol uzunluğu prinsipi, TQ sənədləşdirmə üsulları - mənfəət səviyyəsi göstəriciləri, TQ məqsədləri üçün məlumat mənbələri, müqayisəli məlumatların təhlili, funksiyalar, aktivlər və risklərin (FAR) təhlili, qeyri-maddi aktivlər və DEMPE analizi, xidmətlər və sair mövzularda nəzəri biliklər aşılamaq olmuşdur. Bu məsələlərin milli vergi qanunvericiliyində təsbiti barədə məlumat vermək üçün təlim zamanı Benefisiar Ölkəni təmsil edən Rezident Tvinninq müşaviri, 2-ci Komponentin rəhbəri Ceyhun İsmayılov da xarici ekspertlər ilə birgə təqdimat keçirmişdir. Təlim zamanı real praktik misallardan istifadə edilməklə, iştirakçılara pərakəndə satış, turizm, əczaçılıq və texniki avadanlıqların istehsalı sahəsinə dair TQ auditi ilə bağlı praktiki məlumatlar təqdim edilmişdir.

 

Europe Greece Azerbaijan