Vergi cənnətlərində tətbiq edilən vergidən yayınma sxemləri və vergi saxtakarlığı ilə mübarizə prosedurlarını təkmilləşdirmək – BEPS-in 8-10 və 13-cü Fəaliyyətləri üzrə seminar

Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının mütəxəssisləri Dr Aikaterini Perrou, Fanara Foteini və Karakike Konstantia tərəfindən keçirilən seminar, BEPS-in 8-10 və 13-cü Fəaliyyətlərini əhatə etmişdir. Seminar zamanı ekspertlər Vergilər Nazirliyini təmsil edən həmkarları ilə müzakirələr aparmışlar. Benefisiar Ölkənin transfer qiymətləri ilə bağlı əsas və yardımçı qanunvericiliyinə edilə biləcək potensial düzəlişlər barədə fikir mübadiləsi aparılmış, İƏİT BEPS-in 8-10 və 13-cü Fəaliyyətlərini məsələləri ilə bağlı tövsiyələr vermək üçün bu məsələlərə toxunulmuşdur. Tərəflər adıçəkilən Fəaliyyətlərin daxili qanunvericiliyə daxil edilməsi üçün baxılacaq düzəlişləri nəzərdən keçirmişlər. Seminar nəticəsində, İƏİT BEPS-in 8-10 və 13-cü Fəaliyyətlərinə dair əsas və yardımçı qanunvericiliyə dair, habelə tənzimləmələr baxımından əsas daxili qanunvericiliklə bağlı tövsiyələr hazırlanmışdır.

Europe Greece Azerbaijan