UNEC-in tələbələri üçün açıq dərs

Tvinninq layihəsinin Vergilər Nazirliyini təmsil edən Rezident Tvinninq Müşaviri Ceyhun İsmayılov, layihənin Üzv Ölkədən olan rəhbəri Dr Katerina Perrou və professor Andreas Tsourouflis ilə birlikdə İqtisadiyyat Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə görüşmüş və Transfer Qiymətqoyması və Beynəlxalq Vergitutma mövzusunda onlar üçün təqdimat keçirmişdir.
İnteraktiv formatda təşkil edilən tədbirdə, tələbələr beynəlxalq vergitutma və aidiyyəti qlobal trendlər barədə məlumat almış və açıq dərsin sual-cavab hissəsində fəal iştirak etmişlər.

Europe Greece Azerbaijan