Transfer Qiymətləndirilməsi Müddəalarına dair Praktiki Məsələlər

5 günlük təlim TQ müddəaları və praktikada rast gəlinən müxtəlif məsələlərlə bağlı praktiki nümunələr və real halların tədqiq olunması ilə yanaşı aşağıda göstərilənləri də əhatə etmişdir:

  • Nəzarət Konsepsiyası
  • Sənədlərin toplanması
  • Aşağı Əlavə Dəyərli xidmətlər
  • Xərclərin Bölüşdürülməsi üzrə Razılaşmalar (CCAs)
  • Əmtəə
  • Daimi Nümayəndəliklər və Gəlirin Paylanması (AOA)
  • TQ cərimələri

Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının əməkdaşları Vergilər Nazirliyinin Mərkəzi, lokal və regional Vergi idarələrindən dəvət edilmiş 40 nəfər vergi əməkdaşına təlim keçmişlər. Təlimin nəticəsi olaraq, iştirakçılar qeyd olunan mövzuda biliklərini və anlayışlarını daha da təkmilləşdirmişlər.

Europe Greece Azerbaijan