Transfer qiyməti məqsədləri üçün yerli və beynəlxalq məlumat bazaları və biliyin idarə edilmə platformasından istifadənin təkmilləşdirilməsi

Beş günlük seminar ərzində, Yunanıstan Respublikası Dövlət Gəlirləri üzrə Müstəqil Orqanını təmsil edən ekspertlər Aikaterini Oikomonakou, Aleksandros Roukalis və Markos Xydas Vergilər Nazirliyinin bir qrup əməkdaşına məlumat bazalarının səmərəliliyi, istifadəsi, İƏİT-in sənədləşmə metodları və mənfəət səviyyəsi göstəriciləri (PLI) barədə məlumat vermişlər. Ekspertlər həmçinin TP Catalyst, Bloomberg və Thomson Reuters kimi ən geniş istifadə edilən məlumat bazaları və aralarındakı fərqlər, bu bazaların üstünlükləri və çatışmazlıqları, istifadə üsulu barədə praktik təlim keçmişlər. Təlim nəticəsində iştirakçlar kəmiyyət və keyfiyyət təhlilinin aparılması üçün məlumat bazasından istifadə etmək, həmçinin TQ məqsədləri ilə kvartillərarası intervalı (IQR) müəyyən etmək və əsaslandırmaq barədə biliklər əldə etmişlərSeminar iştirakçıları həm də spesifik xüsusiyyətlərə malik olduğu üçün, xüsusi yanaşma tələb edən maliyyə əməliyyatlarını, o cümlədən kredit əməliyyatlarını hərtərəfli təhlil etmək barədə məlumatlandırılmışlar.

Europe Greece Azerbaijan