TQ audit mexanizmini tətbiq etmək üçün Milli Gəlirlər Departamenti auditorlarının bacarıqlarının artırılması – Üst səviyyə 1

Üzv Ölkəni təmsil edən ekspertlər Alexandros Roukalis, İoannis Manousakis və Aikaterini Oikonomakou Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin auditorları üçün hazırlanmış növbəti təlim keçmişlər. 

Sözügedən 5 günlük təlim məşğələsinin əsas məqsədi, vergi əməkdaşlarının  TQ məsələlərini daha aydın başa düşməsinə töhfə vermək və onların real praktik nümunələri müstəqil müzakirə etmək, şərh bildirmək və ekspertlər ilə birgə təqdim etmək bacarığını daha da təkmilləşdirmək idi. Layihənin Azərbaycan tərəfindən olan Rezident Tvinninq Müşaviri və 2-ci Komponentin Rəhbəri Ceyhun İsmayılov nəzəri məlumatların təqdim edilməsində ekspertlərə dəstək verirdi.

Bu təlimin ikinci əsas məqsədi avtomobillərin satışı, bazar araşdırma xidməti, elektrik və elektron məişət texnikalarının istehsalı, nəqliyyat xidmətləri, lisenziya haqlarının ödənilməsi və s. praktiki misallar vasitəsilə iştirakçılara praktik məlumatların ötürülməsi idi. Ekspertlər həmçinin audit aparıldıqdan sonra hazırlanması tələb olunan TQ audit sənədlərinin şablonlarını da iştirakçılara təqdim etdilər. Qeyd etmək lazımdır ki, iştirakçıların mövzulardan maksimum bəhrələnməsini təmin etmək üçün, məşğələlər, bütün təlim materialları, hətta test də tam olaraq Azərbaycan dilində aparılmışdır.

Europe Greece Azerbaijan