TQ audit mexanizmini tətbiq etmək üçün Lokal Gəlirlər Departamenti auditorlarının bacarıqlarının artırılması – Başlanğıc səviyyə

İyul ayında Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının Alexandros Roukalis, İoannis Manousakis və Aikaterini Oikonomakoudan ibarət olan qısamüddətli ekspert missiyası Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamentinin vergi auditorları üçün beş günlük xüsusi təlim keçmişdir. Bu fəaliyyət, real praktiki misallar vasitəsilə müəyyən sektorlar üçün transfer qiymətlərinin yoxlanılması prosesi barədə məlumat vermək, müzakirə etmək və təhlil etmək məqsədi daşıyırdı. Təlim zamanı qol uzunluğu prinsipi və qarşılıqlı surətdə asılı olan tərəflərə nəzarət, müqayisəli məlumatların təhlili, FAR təhlili, sənədləşdirmə metodları (PLI), qeyri-maddi aktivlər və DEMPE analizi, kvartillərarası interval və TQ ilə bağlı düzəlişlər və aşağı əlavə dəyərli xidmətlərə dair mövzular əhatə olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq, Benefisiar Ölkəni təmsil edən Rezident Tvinninq Müşaviri, 2-ci Komponentin rəhbəri Ceyhun İsmayılov tərəfindən vergi əməkdaşlarına yerli vergi qanunvericiliyində TQ-nin necə təsbit edilməsi barədə məlumat verilmişdir. Təlimlər və bütün təlim materialları iştirakçıların daha yaxşı başa düşməsi üçün Azərbaycan dilində təqdim edilmişdir.

Europe Greece Azerbaijan