Tərəfdaş ölkənin Layihə rəhbəri Dr. Katerina Perrou “Transfer Qiymətləndirməsi Nədir” adlı təqdimatla çıxış edib.

Tərəfdaş ölkənin Layihə rəhbəri Dr. Katerina Perrou, 17 aprel, 2018-ci il tarixində keçirilmiş layihənin açılış mərasimi zamanı “Transfer Qiymətləndirməsi Nədir” adlı təqdimatla çıxış edib. Dr. Peru bildirmişdir ki, “Transfer Qiymətləndirməsi özlüyündə qeyri-qanuni və ya qanun pozuntusu deyil. Qeyri-qanuni  olan isə əslində Transfer qiymətləndirməsi manipulyasiyası və ya sui-istifadə olunmuş transfer qiymətləndirməsi  kimi də tanınan yanlış hesablanan transfer qiymətləridir”. Eyni zamanda beynəlxalq ticarət səviyyəsində Ölkələrarası hesabatlılığın (CbCR) və sərhəddən kənar ticarət əməliyyatlar üçün əlverişli şəraitin yaradılması ilə bərabər dövlətin bu əməliyyatlara görə hesablanmış vergini itirməməsini təmin etməsinin əhəmiyyətini vurğulamışdır. Təqdimatı buradan tapa bilərsiniz.

Europe Greece Azerbaijan