Təlimçilər üçün təlim - Transfer Qiymətqoyması və Beynəlxalq vergitutmaya dair üst səviyyəli təlimin keçirilməsi

Transfer qiymətləri və beynəlxalq vergitutma mövzusunda ən üst səviyyəli təlimlər Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının eksperti Dr. Aikaterini Perrou və CIEEL-in qısamüddətli missiyasının eksperti Christos Kourouniotis tərəfindən keçirilmişdir. Beş günlük təlimə Vergilər Nazirliyinin 9 vergi əməkdaşı cəlb edilmiş və onlara real praktik məhkəmə işləri əsasında Transfer qiymətləri və beynəlxalq vergitutma konsepsiyasına uyğun misallar təqdim edilmişdir.

Təlim zamanı, iştirakçılar beynəlxalq vergitutma prinsipləri, o cümlədən ikiqat vergitutmanın tarixi və ümumi qaydaları, belə vergitutmaya səbəb olan hallar və düzgün aparılmaması və s. barədə bir çox məlumatlar əldə etmişlər.

Europe Greece Azerbaijan