MAP prosesinə dair inzibati yanaşmanın işlənib hazırlanması

Aprel ayında tvinninq layihəsi çərçivəsində, Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanını təmsil edən ekspertlər Dr. Aikaterini Perrou, Sofrona Lydia-Elisavet və Tetagiotis Ioannisin iştirakı ilə, Vergilər Nazirliyində seminar keçirilmişdir. Qarşılıqlı Razılaşma Proseduru (MAP) ilə bağlı inzibati yanaşmanın müəyyənləşdirilməsi və inkişafına dair 5 günlük seminar müddətində, ekspertlər nazirliyin müvafiq struktur bölmələrini təmsil edən əməkdaşlar ilə birgə, Azərbaycan Respublikanda tətbiq edilən ikiqat vergitutmanın aradan qaldırılması barədə konvensiya sahəsində MAP prosesinə inzibati yanaşmaya dair əsas və yardımçı qanunvericiliyin hazırlanması üzərində işləmişdir. Seminarın sonunda, ekspertlər nazirliyin əməkdaşları ilə birlikdə, MAP-ın əsas və yardımçı qanunvericiliyinə dair tövsiyə hesabatı, habelə vergi ödəyiciləri üçün Tez-tez verilən suallar (FAQ) formasında MAP Təlimatı hazırlanmışdır. 

Europe Greece Azerbaijan